Bualo-Narsejak

Bualo — Narsejak (fr. Boileau-Narcejac) — Fransız əsilli iki yazıçıdan (Pyer Bualo (1906–1989) və Toma Narsejak (1908–1998)) ibarət ədəbi tandem.

Pyer Bualo və Toma Narsejak ədəbi dueti dünyada bu tip birliyin tək nümunəsi deyil.

Lakin Qrimm qardaşları, Qonkur qardaşları, Elleri Kvin tandemi kimi digər duetlərdən fərqli olaraq Pyer Bualo ilə Toma Narsejakı heç bir qohumluq əlaqəsi birləşdirmirdi. Müstəqil yazıçılar kimi məşhurlaşdıqdan sonra birgə fəaliyyətə başlamaqları da onları digərlərindən fərqləndirən amildir.

Bualo Narsejak tandemi iki müstəqil yazıçı kimi fəaliyyət göstərən Bualo və Narsejakdan tamamilə fərqli üslubda və tərzdə əsərlər yaradıb. Bualo-Narsejak birliyi detektiv üslubunda psixoloji roman janrının banisi hesab ediir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy